“Gürcüstan Prezidenti Salome Zurabişvili respublika konstitusiyasında yer alan prinsipləri dəfələrlə pozub. Hökumət bununla bağlı yaxın vaxtlarda Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır”.
NOCOMMENT Sputnik Georgia-ya istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının bəyanatında yer alıb.
Ölkənin başçısı Nazirlər Kabineti ilə əvvəlcədən razılaşdırılmadan xarici ölkələrə dəfələrlə səfərlər edib ki, bu da konstitusiyanın pozulması deməkdir.












