İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım etdi

İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, dövlət başçısının sosial şəbəkə hesablarındakı paylaşımında “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”, – deyə yazılıb.

Qeyd edək ki, sabah – 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Gənclər Günü 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.