“Tvitimi bəyəndiyinə görə İran səfirliyinə təşəkkür edirəm”.
NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter hesabında yazıb.
“İranın “Twitter”dəki qadağasını tezliklə aradan qaldıracağına ümid edirik ki, iranlı həmkarlarınız da bizim tvitlərimizdən həzz ala bilsinlər!”, – səfir qeyd edib.
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyinin rəsmi “Twitter” səhifəsi İsrail səfirinin tvitini bəyənib. Lakin C.Dikin bu barədə tvitindən sonra İran səfirliyi “layk”ı geri çəkib.












