Klaar İrəvandan İstanbula yollanıb

Klaar İrəvandan İstanbula yollanıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqları yekunlaşdırandan sonra Türkiyənin İstanbul şəhərinə yola düşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, diplomat tviter hesabında Ermənistan rəhbərliyi ilə faydalı görüşlər keçirdiyini bildirib.

Klaar paylaşımında İrəvan səfərinin qısa, lakin mənalı olduğunu vurğulayıb. Aİ nümayəndəsi Türkiyəyə səfərinin məqsədini açıqlamayıb.