Avqustun 6-sı və 7-də Günəşdə alışma aktivliyinin əsasən aşağı səviyyədə olacağı gözlənilir. Bununla belə, gücünə görə sondan əvvəlki M sinfinə aid alışmaların baş verməsi istisna edilmir.
NOCOMMETNT.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, M sinifli alışmalar yer kürəsində maqnit fırtınalarına səbəb ola bilər.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücündən asılı olaraq 5 sinfə bölütnür: A, B, C, M və X. Hər növbəti hərfə keçid şüalanmanın gücünün 10 dəfə artması deməkdir. Güclü alışmalar zamanı Günəş plazmasının atılması nəticəsində yaranan buludlar Yerə çataraq geomaqnit həyəcanlanmalara gətirib çıxara bilir.











