Köçəryanla Paşinyan görüşüb? – Eks-prezidentin oğlundan reaksiya

Köçəryanla Paşinyan görüşüb? – Eks-prezidentin oğlundan reaksiya

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın baş nazir Nikol Paşinyanla görüşdüyü barədə xəbər yayılıb.

Xəbərlə bağlı erməni sosial şəbəkələrindəki müzakirələrə reaksiya verən Köçəryanın kiçik olğu Levon Köçəryan bunu təkzib edib.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, oğlu atasının Nikol Paşinyanla heç vaxt görüşmədiyini və belə bir planın da olmadığını vuğulayıb: “Son vaxtlar aktiv şəkildə yalanlar yayılıb, guya Nikol Paşinyan atamla görüşüb. Buna inananların olacağını təsəvvür etmək nə qədər çətin olsa da, yenə də demək lazımdır ki, belə bir görüş olmayıb. Nə vasitəçilərin iştirakı ilə, nə də başqa bir formada ünsiyyət qurulmayıb. Müharibədən əvvəl və sonra heç vaxt belə bir fikir mövcud olmayıb. Bu yalanı uydurmağın məqsədi nədir…”