Kreml mümkün Rusiya-NATO toqquşması ilə bağlı sualı şərh etməyib

Kreml mümkün Rusiya-NATO toqquşması ilə bağlı sualı şərh etməyib

“NATO-nun aparıcı ölkələrinin aqressiv bəyanatları əsassızdır”.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov keçirdiyi brifinqdə deyib.

“Ehtimal edilən toqquşmalar barədə müxtəlif fikirlər səsləndirilir. Bu, qəbuledilməzdir”, – deyə o bildirib.

Peskov NATO ilə birbaşa toqquşma ehtimalı barədə sualı isə cavablandırmaqdan imtina edib.