“Hələ nəticəyə gəlinəcək bir şey yoxdur”.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin mümkün görüşünü şərh edərkən bildirib.
“Heç bir razılaşma yoxdur”, – deyə o əlavə edib.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqlar hələ ki nümayəndə heyətləri səviyyəsində aparılır. Belə ki, danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, görüş beş saat davam edib. Tərəflər daha sonra martın 3-ü Belovejskaya Puşşada və martın 7-də isə Brest vilayətində görüşüblər.
Hazırda danışıqlar videobağlantı vasitəsilə gündəlik formatda aparılır.
Martın 10-da isə Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüş keçirilib.












