Kremldən Zelenskinin referendum təklifinə MÜNASİBƏT

Kremldən Zelenskinin referendum təklifinə MÜNASİBƏT

Ukrayna suveren dövlətdir və öz prosedurlarına malikdir, lakin danışıqlar prosesini uzatmaq arzuolunmazdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Donetsk, Luqansk və Krımın təhlükəsizlik məsələləri ilə bağlı son qərarın ümumukrayna referendumunda verilməsi təklifinə cavab olaraq deyib.

O qeyd edib ki, bu məsələlər danışıqlar masasındadır və onları kütləvi müzakirəyə çıxarmaq onsuz da ləng gedən danışıqlar prosesini uzada bilər.