KTMT Azərbaycan və Ermənistanla bağlı açıqlama yaydı

KTMT Azərbaycan və Ermənistanla bağlı açıqlama yaydı

KTMT Ermənistan və Azərbaycan arasında sürətli sülh müqaviləsinin bağlanmasını dəstəkləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bişkekdə keçirilən sammitdən sonra qəbul edilmiş KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsində bildirilir.

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnuniyyətlə qeyd edirik. Biz hərtərəfli həlli və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tezliklə bağlanmasını dəstəkləyirik”, – sənəddə deyilir.