Kuleba Rusiyanın nüvə qüvvələrinin “döyüş növbətçiliyinə” keçirməsini şərh edib

Kuleba Rusiyanın nüvə qüvvələrinin “döyüş növbətçiliyinə” keçirməsini şərh edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya Prezidenti Vladimir Putinin ölkənin nüvə qüvvələrinin “xüsusi döyüş növbətçiliyi” rejiminə keçirilməsi haqqında sərəncamını şərh edib.

“NOCOMMENT” “Report”a istinadən məlumatına görə, Kuleba bu barədə xarici jurnalistlər üçün onlayn brifinq zamanı bildirib.

XİN rəhbəri Putinin nüvə qüvvələrinin “xüsusi döyüş növbətçiliyinə” keçirilməsi barədə əmrinin Ukrayna və Rusiya nümayəndə heyətlərinin Ukrayna-Belarus sərhədində görüşə hazır olduqlarını elan etməsindən az sonra ortaya çıxmasına diqqət çəkib.

“Biz bu elanı, bu sərəncamı Ukrayna nümayəndə heyətinə əlavə təzyiq yaratmaq cəhdi kimi görürük. Amma bu təzyiqlərə boyun əyməyəcəyik. Bu danışıqlara çox sadə mövqedən yanaşacağıq: ora gedirik, qulaq asçaq, Rusiyaya demək üçün və biz onlara bu barədə nə düşündüyümüzü deyəcəyik. Biz müharibəni necə dayandırmağı və ərazilərimizi işğaldan azad etməyi müzakirə etməyə hazırıq”, – nazir vurğulayıb. .