"Abituriyent" jurnalının 4-cü sayında qəbul aparılan ali təhsil müəssisələrinin siyahısında Naxçıvan Müəllimlər İnstitutunun adı yoxdur.
NOCOMMENT.az xəbər verir ki, magistraturaya qəbulla bağlı DİM-in statistik məlumatlarına görə, 2026-2027-ci tədris ilində Naxçıvan Müəllimlər İnstitutu magistr qəbulu da aparmayacaq.
Yəni, bu tədris ilində təhsil müəssisəsi nə bakalavr, nə magistr qəbul etməyəcək.
Belə olan halda sual yaranır: Naxçıvan Müəllimlər İnstitutu da bağlanacaq?
Qeyd edək ki, DİM-in magirstraturaya qəbulla bağlı məlumatlarında bu il Bakı Qızlar Universiteti və Naxçıvan Müəllimlər İnstitutuna magistr qəbulu aparılmayacağı bildirilmişdi. Bundan az sonra isə BQU-nun akkreditasiyadan keçmədiyi və bağlandığı elan edildi. Mövzu ilə bağlı rəsmi qurumlara sorğu verilib.\\Xitab24











