Lukaşenko: Minsk heç bir hərbi əməliyyatı dəstəkləmir

Lukaşenko: Minsk heç bir hərbi əməliyyatı dəstəkləmir

Minsk nə Rusiya, nə Ukrayna, nə də digər dövlətlər tərəfindən heç bir hərbi əməliyyatı dəstəkləməyib və dəstəkləmir.

NOCOMMENT.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko öz müsahibəsində bildirib.

“Mən heç vaxt heç bir hərbi əməliyyatı dəstəkləməmişəm və dəstəkləməyəcəyəm də… Nə Rusiya, nə Yaponiya, nə Amerika, nə də Ukrayna tərəfindən. Müharibə qəbuledilməzdir”, – deyə Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.

Eyni zamanda, Belarus prezidenti xatırladıb ki, Minsk və Moskva müttəfiqdirlər və onların ən yaxın münasibətləri məhz hərbi-siyasi sahədədir.