Matviyenko: Putinlə Zelenskinin görüşü bu şərtlə mümkündür

Matviyenko: Putinlə Zelenskinin görüşü bu şərtlə mümkündür

Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş mümkündür, lakin bu, yalnız iki ölkə arasında razılaşmaların ilkin inkişafı şərti ilə mümkündür.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Görüş o zaman mümkün olacaq ki, Ukrayna və Rusiya tərəfi gündəliyi razılaşdırıb, hansısa yekun sənədi işləyib hazırlayacaq”, – deyə Matviyenko bildirib.