AXCP-nin bir sıra rəhbər şəxsləri, o cümlədən Məmməd İbrahim də saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat sosial mediada paylaşılıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən partiya sədrinin müşaviri Məmməd İbrahimin də evində axtarış aparılıb.
Qeyd edək ki, daha öncə Əli Kərimlinin saxlanılması xəbəri yayılmışdı. Hansı maddə üzrə və hansı qurum tərəfindən saxlanıldığı, eləcə də prosesin detalları dəqiqləşdirilir.
İlkin məlumata əsasən, AXCP sədrinin və müşavirinin evlərindəki axtarışın Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədar olduğu bildirilir.












