Mirzoyan Anjey Kaspşiki qəbul etdi

Mirzoyan Anjey Kaspşiki qəbul etdi

Martın 25-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşiki qəbul edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüşdə Ararat Mirzoyan martın 24-də Rusiya Federasiyasının sülhməramlı kontingentinin məsuliyyət zonasında vəziyyətə də toxunub.

Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara dair Ermənistan tərəfinin mövqeyini təqdim edib və bu kontekstdə ATƏT-in Minsk qrupunun həmsədrliyinin vasitəçilik rolunu vurğulayıb.