Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşün təfərrüatlarını açıqlayıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, nazir parlamentin xarici əlaqələr komissiyasının iclasında deyib ki, Çavuşoğlu ilə ilkin şərt olmadan münasibətlərin normallaşdırılması prosesinin inkişafı ilə bağlı razılıq əldə olunub.
“Görüşdə hər iki tərəf münasibətlərin normallaşdırılması və dərinləşdirilməsinin vacibliyini vurğulayıb”, – deyə Mirzoyan bildirib.
Onun sözlərinə görə, hər iki tərəf prosesi diplomatik münasibətlərin qurulması və ölkələr arasında sərhədlərin açılması ilə qeyd etməyə hazır olduğunu təsdiqləyib.
Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında danışıqlar bu yaxınlarda Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutub.












