Mişanın planı: Abxaziya və Osetiyanı bu cür qaytaracağıq

Mişanın planı: Abxaziya və Osetiyanı bu cür qaytaracağıq

Hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın tərkibinə qaytarmağın dinc yolunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mixail Saakaşvili növbəti məhkəmə prosesində deyib.

O bildirib ki, əgər Gürcüstan Avropa Birliyinə üzv olsa, Cənubi Osetiya və Abxaziya sakinləri bütün komplekslərdən xilas olaraq, Gürcüstana can atacaqlar:

“Onlar itirməkdən və mədəniyyətlərinin təhdidindən qətiyyən qorxmayacaqlar. Plan budur: yazda hakimiyyətin dəyişməsi, milli hakimiyyətin formalaşması, ilin sonuna qədər növbədənkənar seçikilərin keçirilməsi və Abxaziya və Cənubi Osetiyanın Gürcüstana inteqrasiyasının başlanması! Bu, Ukrayna hadisələri fonunda açılan tarixi qapıdır (AB-nin Gürcüstanın üzvlüklə bağlı müraciətini qəbul etməsi – red.)”.
axar.az