Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı verən partiyaların adları və sayı məlum olub.
NOCOMMENT-in xəbərinə görə, indiyədək qeydiyyatda olan 58 partiyadan 14-ü illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Bunlar aşağıdakılardır:
– Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
– Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
– Azərbaycan Liberal Partiyası (ALP)
– Azərbaycan Respublikaçılar Partiyası (ARP)
– Ədalət Partiyası
– Demokratik İslahatlar Partiyası (DİP)
– Azərbaycan Tərəqqi Partiyası (ATP)
– Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
– Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)
– Azərbaycan Xalq Partiyası (AXP)
– Müasir Musavat Partiyası (MMP)
– Böyük Quruluş Partiyası (BQP)
– Vətəndaş və İnkişaf Partiyası (VİP)
– Müstəqil Xalq Partiyası (MXP)












