Nazirlər Kabineti İranla bağlı qadağanı ləğv etdi

Nazirlər Kabineti İranla bağlı qadağanı ləğv etdi

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa edilib.

Bu barədə NOCOMMENT.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd edilib ki, bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış, o cümlədən tranzit məqsədilə giriş-çıxış 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunur.