Qərbin, xüsusilə Fransanın dəstəyi ilə Azərbaycana qarşı irəli sürülən qətnamələrin heç bir önəmi yoxdur. Zibilə atılası kağız parçalarıdır.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç deyib. Diplomatın sözlərinə görə, Azərbaycanın heç bir ölkəyə ehtiyacı yoxdur:
“Biz güclüyük. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın Ermənistana ehyitacı yoxdur. Ermənistanın Azərbaycana ehtiyacı var. Ermənistanın Türkiyəyə də ehtiyacı var. Ona görə Qərb nə edirsə etsin önəmli deyil. Biz onlara baxmadan yolumuza davam edirik”.












