"Netanyahu ilə eyni otaqda olsam, dərhal çıxaram"

"Netanyahu ilə eyni otaqda olsam, dərhal çıxaram"

Livan Prezidenti Jozef Aun Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində İsrailin Baş naziri Binyamin Netanyahu ilə bağlı sərt mövqe nümayiş etdirib.

NOCOMMENT.az xəbər verir ki, Livanın "An-Nahar" qəzetinin məlumatına görə, Aun ABŞ Prezidenti Donald Trampla görüşmək üçün hazırlıq görür. Bu səfərin ABŞ liderinin Netanyahu ilə danışıqlarından sonraya təsadüf edəcəyi və gündəlikdə İsraillə bağlı məsələlərin yer alacağı gözlənilir.

Livan rəhbəri bu danışıqlar fonunda yayılan mümkün görüş şayiələrinə son qoyub. O, İsrailin Livan ərazisinə endirdiyi zərbələr dayandırılmayana qədər Netanyahu ilə hər hansı bir formada bir araya gəlməyəcəyini bəyan edib. Prezident Aun vəziyyəti daha da konkretləşdirərək vurğulayıb: "Əgər təsadüfən İsrailin Baş naziri ilə eyni otaqda olsam, dərhal oranı tərk edəcəyəm".

Əli Səfərli,
NOCOMMENT.az