Parlament Şuşa Bəyannaməsini təsdiqləyib

Parlament Şuşa Bəyannaməsini təsdiqləyib

Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqləyib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamışdılar.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Deputatlar sənədin ratfikasiya edilməsini alqışlarla qarşılayıblar.