Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə Dağlıq Qarabağdan olan “məcburi köçkünlər”in yerləşdirilməsi ilə bağlı humanitar məsələləri müzakirə edib.
NOCOMMENT.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, bu məsələdə beynəlxalq ictimaiyyətin gələcək yardımı müzakirə olunub.
Görüşdə regionda baş verən proseslərə, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı məsələlərə də toxunulub.
Görüş zamanı regionda baş verən proseslərə və Avropa Şurasının töhfəsinə xüsusi diqqət yetirilib. Baş katib xatırladıb ki, Avropa Şurası ölkələrində yaşayan hər bir insan Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş bütün insan hüquq və azadlıqlarından tam istifadə etmək hüququna malikdir.











