Gəncədə iki piyadanı avtomobil vurub.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən iki bacı; 2013-cü il təvəllüdlü M. Əliyeva və 2023-cü il təvəllüdlü G. Əliyevanı vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. Lent.az











