Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Şəkinin Bağbanlar küçəsində baş verən qəza zamanı bir neçə nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, "Toyota Prius" və "VAZ 2107" markalı iki minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan 4 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. Bizim.Media.az