Paşinyan Klaarla Qarabağı müzakirə etdi

Paşinyan Klaarla Qarabağı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, tərəflər görüş zamanı Cənubi Qafqaz və Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Bununla yanaşı, Paşinyan və Klaar Ermənistan-Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, İrəvan və Ankara arasında dialoq barədə fikir mübadiləsi aparıblar.