Paşinyan Makronla Qarabağı müzakirə etdi

Paşinyan Makronla Qarabağı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Qarabağdakı vəziyyəti, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyi müzakirə ediblər. Həmçinin beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Bununla belə, onların Ukraynadakı hərbi əməliyyatı müzakirə edib-etmədikləri açıqlanmayıb.