Fransanın paytaxtı Parisdə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş keçirilib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər görüş zamanı Qarabağdakı vəziyyəti, eləcə də Ermənistan-Aİ əməkdaşlığına dair məsələləri müzakirə ediblər.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də toxunulub. Baş nazir Ermənistan-Azərbaycan sərhədində və Artsaxda mövcud vəziyyəti təqdim edib və Azərbaycanın son günlər törətdiyi təxribat hərəkətlərini qəbuledilməz adlandırıb”, – də hökumətin saytında bildirilib.












