Paşinyan Qarabağ ermənilərini Azərbaycanla danışıqlara ÇAĞIRDI 

Paşinyan Qarabağ ermənilərini Azərbaycanla danışıqlara ÇAĞIRDI 

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ermənilərini Azərbaycanla birbaşa danışıqlara çağırıb. 

NOCOMMENT Bizim.Media-ya istinadən xəbər verir ki, Paşinyan bunu parlamentdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, o, beynəlxalq təminatların mövcudluğu şəraitində Qarabağın erməni əhalisinin Bakı ilə birbaşa danışıqları formatını düzgün hesab edir:

“Bu, düzgün yoldur və mən qarabağlı həmkarlarımı bu gündəmə uyğun davranmağa çağırıram. Tələsik nəticələr çıxarmaq lazım deyil”.