İstanbulda aparılan danışıqlarda Krım məsələsi qaldırılmayacaq və Rusiyanın mövqeyi dəyişmir.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov bildirib ki, Kiyev öz tələblərini daha aydın şəkildə formalaşdırmağa başlayıb və bu, Rusiyada müsbət amil hesab olunur: “Əks halda, Rusiya hakimiyyəti çox perspektivli bir irəliləyiş görmür. Bu istiqamətdə hələ çox uzun iş görülməlidir”.












