Koronavirusun “Omikron” ştamına yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağalıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə həkim, professor Serkan Topaloğlu məlumat yayıb.
O qeyd edib ki, Ərdoğanın son iki gündə verdiyi testlərin cavabı mənfi çıxıb.
“Məncə çox yaxında, hətta sabah prezidentimizin rutin proqramına dönəcəyik”, – deyə həkim bildirib.
Qeyd edək ki, Ərdoğan və xanımı fevralın 5-də koronavirusa yoluxub.











