Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Tatarıstan Respublikasına silsilə hücumlar təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, Tatarıstan rəhbərinin mətbuat xidmətinin yaydığı məlumata görə, hücumun əsas hədəfi olan Nijnekamsk şəhərindəki sənaye müəssisələrinə və mülki infrastruktura zərbələr endirilib.
İlkin rəsmi açıqlamalara əsasən, hücum nəticəsində həlak olanlar var. Bölgədə gərgin vəziyyətin hələ də davam etdiyi və təhlükə tədbirlərinin gücləndirildiyi bildirilir.
Baş verən bu ağır faciə və insan tələfatı ilə əlaqədar olaraq Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikada matəm elan olunması barədə qərar qəbul edib.
Sara,
NOCOMMENT.az









