"Putin Bakıya getmişdi, Zelenski də İrəvana gəldi" — Paşinyandan Kremlə sərt cavab

"Putin Bakıya getmişdi, Zelenski də İrəvana gəldi" — Paşinyandan Kremlə sərt cavab

Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana reallaşan rəsmi səfəri ilə bağlı Kremlyönümlü siyasətçilərin və rusiyalı rəsmilərin irəli sürdüyü kəskin tənqidlərə cavab verib.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan bu barədə yerli mediaya açıqlamasında bildirib. Ermənistan lideri Rusiya tərəfinin bu səfərə göstərdiyi reaksiyanı qeyri-adekvat adlandırıb və Moskvaya Bakı üzərindən nümunə göstərib.

Paşinyan Kremlin tənqidlərinə qarşı öz arqumentlərini bu cür ifadə edib: "Hələ bir soruşurlar ki, Ukrayna prezidenti niyə Ermənistana gəlib. Bağışlayın, bəs niyə də gəlməməli idi? Ermənistan Azərbaycanla münaqişədə olduğu vaxtlarda Rusiya prezidenti Azərbaycana səfər etmirdimi? Biz nə vaxtsa bu sualı ortaya qoymuşuq? Burada problem nədir ki?".

Qeyd edək ki, Zelenskinin İrəvan səfəri Rusiya ilə Ermənistan arasında son dövrlər kəskinləşən diplomatik gərginliyi daha da dərinləşdirib və Moskvada ciddi narahatlıqla qarşılanıb. Paşinyanın bu bəyanatı isə İrəvanın xarici siyasətdə Kremlin reaksiyalarına rəğmən müstəqil xətt yürütmək mesajı kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az