Putin Əliyevdən sonra Paşinyanla da danışıb

Putin Əliyevdən sonra Paşinyanla da danışıb

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin olunmasını müzakirə ediblər.

Rusiya və Ermənistan liderləri regionda nəqliyyat kommunikasiyalarının bərpasına və üçtərəfli razılaşmaların həyata keçirilməsinə də toxunublar.

“Vladimir Putin və Nikol Paşinyan arasında dekabrın 9-da Bişkekdə Avrasiya İqtisadi İttifaqının iclası çərçivəsində baş tutan söhbətin inkişafında Rusiya və Ermənistan liderləri arasında fundamental razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirələr davam etdirilib. Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsinə, həmçinin Zaqafqaziyada nəqliyyat və logistika, ticarət-iqtisadi əlaqələrin bərpası layihələrinə xüsusi diqqət yetirilib”, – deyə Kremlin bəyanatında bildirilib.

Bu gün daha əvvəl Rusiya liderinin Azərbaycan prezidenti İlham Əliyevlə də söhbəti olub, söhbət zamanı Qarabağ üzrə üçtərəfli sazişlər müzakirə olunub.