Putin İtaliya və Almaniya Baş nazirləri ilə razılaşdı

Putin İtaliya və Almaniya Baş nazirləri ilə razılaşdı

Rusiya Prezidenti Vladimir Putinin İtaliyanın baş naziri Mario Draqi və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı olub.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib.

Tərəflər təbii qaz ticarətində rublla ödəniş sistemini müzakirə ediblər.

Putin Şoltsla danışığında Rusiyanın təbii qaz ticarətində rubl ödəmə sisteminə keçmə qərarının təfərrüatlarına diqqət çəkib: “Sazişlərə dəyişiklik edilməsi qərarı Avropa İttifaqı ölkələrinin beynəlxalq hüquq normalarını pozaraq Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarını dondurması səbəbindən qəbul edilib”.

Kremldən verilən açıqlamada bildirilir ki, telefon danışığında rublla ödəmə sisteminə keçidin Rusiya qazını idxal edən Avropa şirkətləri üçün müqavilə şərtlərini pisləşdirməyəcəyinə diqqət çəkilib. Liderlər iki ölkənin ekspertlərinin bu mövzuda əlavə danışıqlar aparacaqları barədə razılığa gəliblər.

Putin Şoltsu İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin apardığı danışıqlar barədə məlumatlandırıb. Həmçinin başda Mariupol olmaqla Ukraynadakı münaqişə bölgələrindən mülki şəxslərin təxliyəsi müzakirə edilib.