Putin silahlı qüvvələrə qondarma DXR və LXR-də sülhü təmin etməyi tapşırıb

Putin silahlı qüvvələrə qondarma DXR və LXR-də sülhü təmin etməyi tapşırıb

Vladimir Putin Rusiya Federasiyasının silahlı qüvvələrinə qondarma DXR və LXR-də sülhün qorunmasını təmin etməyi tapşırıb.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidentinin DXR haqqında fərmanda da oxşar bənd var.

Bundan əlavə, Prezident Rusiya Xarici İşlər Nazirliyinə qondarma DXR və LXR ilə diplomatik münasibətlərin qurulması, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında danışıqlar aparmağı tapşırıb. LXR və DXR-in suveren və müstəqil dövlətlər kimi tanıyan fərmanlar çərşənbə axşamı gecə dərc edilib.