“Ukrayna ilə danışıqlar müsbət nəticə verib”.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlarda deyib.
“Mən sizə Ukrayna istiqamətində vəziyyət və ilk növbədə, hər gün aparılan danışıqların indi necə getdiyi barədə mütləq məlumat verəcəyəm. Orada müəyyən müsbət irəliləyişlər var, bizim tərəfimizdən danışıqlar aparan şəxslər mənə məlumat veriblər. Bütün bunları sizə daha ətraflı danışacağam”, – deyə Putin bildirib.












