Rusiya prezidenti Vladimir Putin sabah Soçidə türkiyəli vəzifədaşı Ərdoğanla danışıqlarda enerji sektorunda müştərək strateji layihələri müzakirə edəcək.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Prezidentlərin iyulun 19-da Tehranda keçirilən ikitərəfli görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq, Rusiya-Türkiyə çoxşaxəli əməkdaşlığının mövzusu, o cümlədən ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri və həyata keçirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi planlaşdırılır.
Bundan başqa, enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsini nəzərdə tutur”, – deyə məlumatda bildirilib.












