Soçidə Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş başlayıb.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA Novosti Agentliyi yayıb.
Tərəflər görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.












