Putinlə Zelenski arasında danışıqlar olacaq?

Putinlə Zelenski arasında danışıqlar olacaq?

Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında danışıqlar hələlik planlaşdırılmayıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, hələ ki yox”, – deyə Peskov “Putinlə Zelenski arasında danışıqlar planlaşdırılırmı?” sualına cavabında deyib.

Qeyd edək ki, fevralın 28-də Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Qomel şəhərində danışıqlar aparıblar.