Qarabağda yenidənqurma işlərinə dəstəyə hazırıq – Tokio

Qarabağda yenidənqurma işlərinə dəstəyə hazırıq – Tokio

Bu gün imzaladığımız qrant müqaviləsinin məqsədi Tərtər rayonunda mövcud olan minaların təmizlənməsinə dəstək verməkdir. Bu, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə işlərinin sürətlənməsinə, həmçinin Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasına kömək edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi deyib.

Diplomat, həmçinin bildirib: “Yaponiya səfirliyi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə bundan sonra da dəstək verməyə hazırıq”.