Ermənistanda Qarabağdan köçən ailələrin mənzillə təminatı proqramı üzrə yeni göstəricilər açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryan parlamentdə çıxışı zamanı bildirib ki, dövlət proqramı çərçivəsində Qarabağdan köçən 6444 ailə mənzil sertifikatı alıb.
Onun sözlərinə görə, bu ailələr ümumilikdə 26 min 432 nəfəri əhatə edir. Sertifikat alanlardan 2970 ailə, yəni 13 min 400 nəfər artıq mənzil alıb.
Xaçatryan qeyd edib ki, satın alınan mənzillərin ümumi dəyəri 48 milyard dram (təxminən 130 milyon ABŞ dolları) təşkil edir./musavat/












