ABŞ-nin yüksək rütbəli rəsmisi bildirib ki, İranla anlaşma memorandumu ABŞ adından prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vens, İran tərəfdən isə parlamentin sədri Məhəmməd Bağır Qalibaf tərəfindən imzalanıb. Razılaşmanın təfərrüatları sızdırılıb.
14 bənddən ibarət saziş bütün regionda, o cümlədən Livanda hərbi fəaliyyətin dərhal dayandırılmasını, qarşılıqlı dəniz blokadalarının aradan qaldırılmasını və İrana qarşı beynəlxalq sanksiyaların tamamilə ləğv edilməsini nəzərdə tutur. Müqavilənin rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrənin Bürgenstok şəhərində keçiriləcəyi bildirilir.
NOCOMMENT.az xəbər verir ki, CNN Türk-ün ABŞ müxbiri Yunus Paksoy 14 bəndlik ABŞ–İran razılaşmasının təfərrüatlarını təqdim edib. İlkin maddələrə əsasən, Vaşinqton administrasiyası İranın neft və neft-kimya ixracına tətbiq olunan sanksiyaları aradan qaldırmağı öhdəsinə götürür. ABŞ həmçinin İranın dondurulmuş vəsaitlərini və aktivlərini azad edərək Tehrana təqdim edəcək.
BƏƏ-də yerləşən “Əl-Ərəbiyyə” xəbər agentliyi cümə günü ABŞ və İran arasında imzalanması gözlənilən 14 bəndlik gizli anlaşma memorandumunu açıqlayıb. Atəşkəsdən və nüvə proqramının gələcəyindən tutmuş sanksiyaların tam ləğvinə, qlobal bazarların yüngülləşdirilməsi üçün nəzərdə tutulan iqtisadi tədbirlərə qədər hər şeyi əhatə edən bu tarixi sənəd regionda yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.
ƏLİ,












