Qriqoryan: Əliyev bunu deyibsə, edəcək

Qriqoryan: Əliyev bunu deyibsə, edəcək

İlham Əliyev Şuşadakı çıxışı zamanı qeyd etdi ki, 2025-ci ildə Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar regionu tərk edəcəklər. Ermənistan tərəfi, əlbəttə ki, “bu, sadəcə papulizmdir”, – deyib bu məsələni bağlamaq istəyərdi. Lakin tarix bizə sübut edib ki, Əliyev dediklərini edən liderdir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu fikirlərlə erməni siyasi analitik Qalust Qriqoryan çıxış edib.

“Yadınıza çox da uzaqda olmayan bir tarixi salın. Qəbələ RLS Rusiya üçün Cənubi Qafqazda çox vacib bir strateji obyekt idi. Əliyev onu da Azərbaycandan çıxara bilmişdi. İndi o, açıq-aydın Rusiyaya da mesaj verdi – az qalıb, 2025-ci ildə sülməramlılar regiondan çıxarılacaq”, – deyə o qeyd edib.