Qriqoryan niyə dərhal İran səfiri ilə görüşdü?

Qriqoryan niyə dərhal İran səfiri ilə görüşdü?

Dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İranın bu ölkədəki səfiri Abbas Bədəxşan Zühuri ilə görüşü sosial mediada müzakirələr yaradıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan sərhədində döyüş əməliyyatları davam edərkən Ermənistan TŞ katibinin məhz İran səfiri ilə görüşməsi və “təhlükəsizlik məsələlərini, sərhəddəki silahlı qarşıdurmanı və bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasını” müzakirə etməsi diqqət çəkib.

Xatırladaq ki, Azərbaycan rəsmiləri sərhəddəki gərginliklə bağlı heç bir səfirlə birbaşa görüş keçirməyib, heç Ermənistan tərəfinin də dünən – İran səfirindən başqa – digər ölkələrin səfirləri ilə ikitərəfli məsləhətləşmələr apardığı haqda məlumat yoxdur.