Rəsmi İrəvan Çavuşoğluya cavab verdi

Rəsmi İrəvan Çavuşoğluya cavab verdi

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gəldiyi barədə bəyanatına cavab verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bəyanat yayıb.

O vurğulayıb ki, Praqa görüşündən sonra verilən açıqlamadan sonra Azərbaycanla danışıqlar davam edir və bununla bağlı hələlik heç bir irəliləyiş yoxdur: “Yeni hadisələr baş verərsə, əvvəlki kimi, ictimaiyyəti lazımi şəkildə məlumatlandıracağıq”.