Rus iqtisadçılar: Müharibəni dərhal dayandırın!

Rus iqtisadçılar: Müharibəni dərhal dayandırın!

Bir sıra rusiyalı iqtisadçı Ukraynadakı müharibəyə qarşı açıq məktub yazıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

“Biz Rusiyada və xaricdə universitet və tədqiqat mərkəzlərində çalışan iqtisadçılar icması Rusiya hakimiyyətinin Ukraynaya qarşı başlatdığı müharibəyə kəskin etiraz edirik. Biz hərbi əməliyyatların dərhal dayandırılmasını və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edirik. Ukraynaya hücum qonşu suveren dövlətə qarşı əsassız təcavüz aktıdır”, – deyə məktubda bildirilib.

İqtisadçılar həmçinin Rusiya iqtisadiyyatı üçün ciddi mənfi nəticələri proqnozlaşdırıblar: “Qiymət artımı, gəlirlərin və investisiyaların, sosial xərclərin daha da azaldılması, mühacirət nəticəsində insan kapitalı itkisinin sürətlənməsi… Rusiyanı bu kimi ağır nəticələr gözləyəcək.

Hesab edirik ki, Rusiya rəhbərliyinin hərəkətləri ölkənin gələcəyinə böyük ziyan vurur. Rusiya liderləri Ukraynaya qarşı müharibəyə başlamaqla Rusiya vətəndaşlarının maraqlarına zidd hərəkət edirlər”, – deyə məktubda qeyd olunub.

Qeyd edək ki, məktubu yüzdən çox iqtisadçı imzalayıb.