Rusiya: Biz gəlməyəcəyik, həzz alın!

Rusiya: Biz gəlməyəcəyik, həzz alın!

Rəsmi Moskva bundan sonra Avropa Şurasında iştirak etməyəcəyini bəyan edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Rusiyaya qarşı dost olmayan AB və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində mütləq çoxluqdan sui-istifadə edərək, Avropa Şurasını və Avropada ümumi humanitar-hüquqi məkanı məhv etmək xəttini davam etdirir. Hadisələrin gedişi dönməz xarakter alır. Rusiya bundan sonra Avropa Şurasında iştirak etməyəcək. Qoy onlar Rusiyasız bir-biri ilə ünsiyyətdən həzz alsınlar”, – deyə sənəddə vurğulanıb.