Rusiya sülhsevər dövlətdir, ölkənin xarici siyasət konsepsiyası XİN və digər idarələr üçün yol xəritəsi olacaq.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Əsas qanunumuzda vətənə sədaqət, ana dilinə, tarixinə, mədəniyyətinə, əcdadlarımızın adət-ənənələrinə hörmət kimi fundamental münasibət və dəyərlərin öz əksini tapması vacibdir. Xalqımızı ümumi ideallar ətrafında birləşdirən hər şey suveren, müstəqil, sülhsevər, beynəlxalq birliyin fəal üzvü olan Rusiya dövlətinin inkişaf vektorunu müəyyən edir”, – Putin bildirib.











